Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə açıqlama verib.
Nazir qeyd edib ki, yeni fundamental konstitusiya qəbul edilə bilər.
"Biz müzakirə etdik və konsensusa gəldik. Bizə konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır", - Minasyan qeyd edib.