Əsas məzmuna keç

Paşinyan Ermənistanın dəmir yolları ilə bağlı iddialara aydınlıq gətirdi

Paşinyan Ermənistanın dəmir yolları ilə bağlı iddialara aydınlıq gətirdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarə olunması üçün 400 milyon dollar təklif edən investorların hələlik olmadığını bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın ölkənin dəmir yollarının konsessiyası üçün 400 milyon dollar ödəməyə hazır investorlarla bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan brifinq zamanı hazırda heç bir investorun bu məbləği ödəməyə hazır olduğuna dair rəsmi və yazılı təklif təqdim etmədiyini bildirib.

“İş prosesləri davam edir. Hələlik heç kim 400 milyon dollar ödəməyə hazır olduğuna dair yazılı öhdəlik və ya təklif verməyib, lakin şifahi səviyyədə belə müzakirələr mövcuddur. Hazırda bu aktivin dəyəri ilə bağlı qiymətləndirmələr aparılır”, - deyə Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, aparılan məsləhətləşmələr zamanı 350-400 milyon dollar civarında rəqəmlər səsləndirilir.

Paşinyan bildirib ki, potensial investorlarla danışıqlar aparılır və onlardan konsessiyanın mümkün dəyəri ilə bağlı mövqeləri öyrənilir. Onun sözlərinə görə, məsələ artıq rəsmi səviyyədə də müzakirə olunur.

dəmir yollarının idarə olunması ilə bağlı mövcud Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi və Türkiyə ilə sərhədlərdəki dəmir yolu xətlərinin bərpası planları fonunda gündəmə gəlib.

Paşinyan hökumətin həmin sahələrin yenidən qurulmasını öz vəsaiti hesabına həyata keçirməyə hazır olduğunu bildirib.

Ermənistan rəhbərliyi daha sonra konsessiyanın , BƏƏ və ya Qətər kimi “dost üçüncü ölkəyə” ötürülməsi imkanını da gündəmə gətirib.

İrəvan Rusiya tərəfinin razılığı olacağı təqdirdə, dəmir yollarının idarəçiliyinin Qazaxıstan şirkətinə verilməsinə etiraz etməyəcəyini açıqlayıb.

Rusiya Federasiyasının nəqliyyat naziri Andrey Nikitin isə Moskvanın konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı heç bir danışıqlar aparmadığını bildirib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…