Əsas məzmuna keç

Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək

Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək

Ermənistan prezidenti Vaqn Xaçaturyan Ankara ilə münasibətlərin normallaşmasını iqtisadi fürsət kimi görür. Regionda nəqliyyat və logistika imkanları artacaq.

en ru

ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Prezidenti Vaaqn jurnalistlərə bildirib.

"Biz həm sərhədlərin (Türkiyə ilə - red.) açıq olması, həm də diplomatik münasibətlərin qurulması üçün hər şeyi edirik. Qonşu ölkələrlə tamhüquqlu iqtisadi və siyasi münasibətlərin qurulması üçün mümkün olan hər şeyi edəcəyik", - o vurğulayıb.

Ermənistan Prezidentinin sözlərinə görə, sərhəd buraxılış məntəqələrində (Türkiyə ilə sərhəddə) zəruri işlər artıq başa çatıb və onlar fəaliyyət göstərməyə hazırdır.

V.Xaçaturyan qeyd edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi Ermənistandakı biznesə də müsbət təsir göstərir.

Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən Ermənistanın Türkiyə ilə iqtisadi münasibətlərində müsbət dinamika müşahidə olunur:

"Hazırda Ermənistan vasitələri Türkiyəyə birbaşa yükdaşımaları həyata keçirə bilir. Bundan başqa, bizim üçün (Türkiyədən olan mallara - red.) xüsusi ticarət kodu müəyyən edilib. Əvvəllər Ermənistana idxal olunan mallar (Türkiyədən - red.) Gürcüstan kodları ilə daxil olurdu. İndi bu, birbaşa həyata keçirilir. Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etmək verəcək".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…