Operativ Məlumat Mərkəzi

Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməlidir - YENİLƏNİB

1 dəq
Paylaş:
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməlidir - YENİLƏNİB
bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında...

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında bildirib.

"Ermənistanın Aİ-yə daxil olmaq niyyəti ümumxalq referendumunun keçiirlməsi yolu ilə təsdiqlənməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti sözügedən qanun layihəsini təsdiqləyib.

Layihə bir qrup qərbyönümlü qüvvələr tərəfindən başladılıb və bunun üçün 50 min imza toplanıb.

***

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Layihə bu gün hökumətin iclasında müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər