Əsas məzmuna keç

Paşinyan: Ermənistan Aİİ-dən az vəsait alıb

Paşinyan: Ermənistan Aİİ-dən az vəsait alıb

Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki maliyyə bölgüsündən narazıdır. İrəvanın gözlədiyi vəsaiti ala bilməməsinin əsl səbəbi nədir?

en ru

Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı birtərəfli üstünlüklər əldə etməyə deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə əsaslanır.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bunu ölkənin Nikol Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

" 2025-ci ildə Aİİ-nin ümumi idxal gömrük rüsumları büdcəsinə təxminən 319 milyon köçürüb, Ermənistanın xeyrinə bölüşdürülən vəsaitin həcmi isə təqribən 175 milyon dollar təşkil edib. Beləliklə, Ermənistan ümumi büdcəyə aldığından xeyli çox vəsait köçürüb ki, bu da bizim məsuliyyətli mövqeyimizin və Aİİ çərçivəsində öhdəliklərimizi vicdanla yerinə yetirməyimizin birbaşa təsdiqidir", - o qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Aİİ ölkələrindən idxal təxminən 5 milyard dollar, Ermənistan məhsullarının ixracı isə təqribən 3,2 milyard dollar təşkil edib. Bu rəqəmlər göstərir ki, Ermənistan təkcə Aİİ-nin ümumi bazarının iştirakçısı deyil, həm də ittifaqa üzv dövlətlərdə istehsal olunan mal və xidmətlərin mühüm istehlakçısıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…