Operativ Məlumat Mərkəzi

Paşinyan: Ermənistan-ABŞ şirkəti yola nəzarət etməyəcək

2 dəq
Paylaş:
Paşinyan: Ermənistan-ABŞ şirkəti yola nəzarət etməyəcək
bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində bildirib. İran yük maşınlarının həmin yoldan keçməsi ilə bağlı...

Ermənistan-ABŞ şirkəti Ermənistan ərazisində fəaliyyət göstərəcək yolun idarə edilməsini həyata keçirəcək, lakin ona nəzarət etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində bildirib.

İran yük maşınlarının həmin yoldan keçməsi ilə bağlı sualı cavablandıran Paşinyan Rusiyanın nəzarətində olan Ermənistan dəmir yolunu misal göstərib. O qeyd edib ki, dəmir yolu müxtəlif yaşayış məntəqələrindən keçsə də, indiyədək nə yerli, nə də xarici sürücülər problem yaşamayıb.

Baş nazirin sözlərinə görə, bu məsələ Ermənistanın yurisdiksiyası çərçivəsindədir və ölkənin əsas prinsiplərinə – suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq prinsipinə uyğun olaraq tənzimlənir.

Paşinyan əlavə edib ki, Vaşinqton Bəyannaməsində Azərbaycanın üstünlüyü məhz bu prinsiplər çərçivəsində əlaqələrin qurulmasında ifadə olunub. Eyni zamanda, Ermənistan da həm ölkə daxilində, həm də üçüncü ölkələrlə əlaqə yaratmaq imkanına sahib olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər