Operativ Məlumat Mərkəzi

Ermənistan Sülh Şurasının nizamnaməsini təsdiqləyib

2 dəq
Paylaş:
Ermənistan Sülh Şurasının nizamnaməsini təsdiqləyib

hökuməti Qəzza ilə bağlı Sülh Şurasının nizamnaməsinin imzalanması təklifini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə müvafiq qərar hökumətin rəsmi internet portalında yerləşdirilib.

Sənədə əsasən, Ermənistanın naziri Ararat Mirzoyana nizamnamənin imzalanması prosesini təşkil etmək tapşırılıb. Qərar " müqavilələr haqqında" qanunun 7-ci maddəsinə istinadən qəbul edilib.

Qeyd edək ki, Ermənistanın ABŞ Prezidenti Donald Trampdan sözügedən şuraya təsisçi üzv kimi qoşulmaq dəvəti alıb və bu təklifi qəbul edib. Yanvarın 22-də hökumət başçısı nizamnamənin imzalanma mərasiminə qatılmaq üçün İsveçrənin Davos şəhərinə yola düşüb.

Məlumata görə, ABŞ tərəfindən bir sıra ölkələrin liderlərinə də bu qurumun tərkibinə daxil olmaq barədə təkliflər göndərilib. Şuranın fəaliyyətə başlaması 2025-ci ilin oktyabrında Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsrail və HƏMAS hərəkatı arasında əldə olunmuş sülh planının ikinci mərhələsi çərçivəsində planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax