Operativ Məlumat Mərkəzi

Paşinyan: Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri inkişaf edəcək

2 dəq
Paylaş:
Paşinyan: Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri inkişaf edəcək
i, o bu fikirləri avqustun 21-də jurnalistlərlə söhbətində səsləndirib. Paşinyan qeyd edib ki, Vaşinqton Bəyannaməsinin üçüncü bəndi tərəflərin daxili...

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh sazişi imzalanarsa, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşacaq və zamanla inkişaf edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kii, o bu fikirləri avqustun 21-də jurnalistlərlə söhbətində səsləndirib.

Paşinyan qeyd edib ki, Vaşinqton Bəyannaməsinin üçüncü bəndi tərəflərin daxili nəqliyyat əlaqələrinə böyük əhəmiyyət verdiyini göstərir. Onun sözlərinə görə, sənəd həm Ermənistan ərazisindən Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz rabitəni, həm də Ermənistan daxilində Azərbaycan vasitəsilə əlaqələri qarşılıqlılıq prinsipi əsasında nəzərdə tutur.

Baş nazir əlavə edib ki, sənəd beynəlxalq tranzit imkanlarını da əhatə edir – yəni Azərbaycanın Ermənistan üzərindən üçüncü ölkələrlə, Ermənistanın isə Azərbaycan vasitəsilə digər dövlətlərlə əlaqə yaratmasını təmin edir.

Paşinyan vurğulayıb ki, Ermənistan ərazisinin bir kvadrat millimetri belə ölkənin yurisdiksiyasından kənarda ola bilməz. O, bütün razılaşmaların beş prinsip – suverenlik, yurisdiksiya, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq üzərində qurulduğunu deyib.

Siyasi lider bildirib ki, həm Ermənistanın, həm də Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı problemləri var və bu məsələlər delimitasiya və demarkasiya üzrə yaradılmış birgə komissiyalarda qarşılıqlı razılaşma əsasında həll ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər