Əsas məzmuna keç

Paşinyan: Köçəryanın milyardları ilə bağlı sual verən yoxdur

Paşinyan: Köçəryanın milyardları ilə bağlı sual verən yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Robert Köçəryanın sərvəti ilə bağlı sərt açıqlamalar verdi. Siyasətçinin korrupsiya ittihamları gündəmi qarışdırdı.

en ru

Ermənistanın Nikol ölkənin sabiq prezidenti Köçəryanın həbsini şərh edərək onun korrupsiya sxemlərini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri cümə axşamı hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

"İndi heç kim vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: "Biz bizneslə məşğul olmuşuq". Kimi aldadırlar? Yəni onlar belə uğurlu iş adamlarıdır, biz isə ümumiyyətlə heç kimdən heç nə müsadirə edə bilmərik? Bəs onların "Toyota İrəvan"da şəxsi payının olması - bu biznes fəaliyyətidir?! İrəvanın mərkəzində torpaqları qəsb edib onları alış qiymətindən 20-30 dəfə baha satmaq biznesdir?!", - Paşinyan deyib.

O, həmçinin qeyd edib ki, korrupsiya sxemlərinin ləğvi əhəmiyyətli məsələdir.

"Həm Robert Köçəryan, həm Serj Sarqsyan, həm də Qaqik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Qanunsuz yolla əldə edilənlər isə qəpiyinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməzsə, bu o deməkdir ki, yeni inqilab baş verməlidir", - Paşinyan vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…