Əsas məzmuna keç

Paşinyan: "Azərbaycanlıların Ermənistana qayıdışı məsələsi Bakı ilə müzakirə olunmur"

Paşinyan: "Azərbaycanlıların Ermənistana qayıdışı məsələsi Bakı ilə müzakirə olunmur"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla əhali qayıdışı mövzusunun müzakirə edilmədiyini və bunun təxribat xarakterli olduğunu bildirib.

ru en

Ermənistanın keçirdiyi brifinqdə azərbaycanlıların Ermənistana, ermənilərin isə Azərbaycana qayıtması məsələsinin rəsmi Bakı ilə müzakirə olunmadığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hökumət başçısı vurğulayıb ki, tərəfi ilə heç vaxt belə bir mövzu ətrafında danışıqlar aparılmayıb.

Onun sözlərinə görə, Qarabağ, Bakı və digər ərazilərdən olan ermənilərin geri dönməsi məsələsi də müzakirə mövzusu deyil.

Paşinyan hesab edir ki, hər iki istiqamətdə bu cür müzakirələrin aparılması mövcud vəziyyətə yalnız təxribatçı təsir göstərə bilər.

Daha sonra ölkə müxalifətini bu məsələləri süni şəkildə qabartmaqda günahlandırıb.

O, baş verənləri "ucuz daxili siyasi spekulyasiya" adlandıraraq, bəzi şəxslərin, xüsusən də "Güclü " partiyasının lideri Samvel Karapetyanın kənardan verilən tapşırıqlarla danışdığını iddia edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…