Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan və xanımı iyulun 17-20-də İngiltərənin paytaxtında işgüzar səfərdə olacaqlar. 4-cü sammit çərçivəsində bir çox xarici həmkarlarla ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, ötən il iyunun 1-də Kişinyovda analoji sammit keçirilib və Avropa liderlərinin iştirakı ilə Nikol Paşinyanla İlham Əliyev arasında danışıqlar aparılıb.