Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan dünya ulduzlarının konsertləri ilə turizmi canlandırır

2 dəq
Paylaş:
Paşinyan dünya ulduzlarının konsertləri ilə turizmi canlandırır

Ermənistana turist axınının ildə 3 milyon nəfərə qədər artırılması planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bəyan edib.

Onun sözlərinə görə, bu, həm də ölkədə ulduzlarının iki konsertinin keçirilməsi hesabına mümkün olacaq.

"Biz hər il dövlət büdcəsindən müsabiqə əsasında Ermənistanda dünya ulduzlarının ən azı iki konsertinin təşkili üçün vəsait ayırmaq qərarına gəlmişik", - Paşinyan bildirib.

Hökumət başçısı qeyd edib ki, dünya ifaçılarının dəvət edilməsi təkcə ölkənin imicininin möhkəmlənməsinə deyil, həm də onun iqtisadiyyatına müsbət təsir göstərir.

O, həmçinin bu cür tədbirlərin özünü tam doğrultduğunu vurğulayıb: "Bütün hesablamalarımız göstərir ki, biz bu pulları qeyd olunan məqsədlərə yatıranda, Ermənistana gələn turistlərin sayı və onların xərclədiyi pullar qoyulan investisiyaların tam şəkildə geri qaytarılmasını təmin edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax