Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: Azərbaycanla sülh iqtisadiyyatı inkişaf etdirəcək

1 dəq
Paylaş:
Paşinyan: Azərbaycanla sülh iqtisadiyyatı inkişaf etdirəcək

Bakı və İrəvan arasında sülhün bərqərar olması üçün iqtisadi inkişafın yeni mərhələsini açır.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın iri işəgötürənləri ilə görüşü zamanı bildirib.

"Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla arasında bərqərar olmuş sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə biz TRIPP (Tramp Marşrutu - red.) layihəsinin işə salınması ilə bağlı mühüm hadisələrin baş verəcəyini gözləyirik", - Nikol Paşinyan deyib.

Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan ərazisindən Ermənistana artıq dəmir yolu yükdaşımaları həyata keçirilir. Bundan əlavə, o, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu əlaqəsinin açılmasının vacibliyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax