Əsas məzmuna keç

Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər

Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər

Fransa lideri ilə telefon söhbətində Cənubi Qafqazda sabitliyin təminatı və İrəvan-Brüssel əməkdaşlığı müzakirə olunub. İqtisadi əlaqələrdə nələr dəyişəcək?

ru en

Ermənistanın Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, Makron Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə bir daha təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumata görə, həmsöhbətlər strateji tərəfdaşlığın gündəliyində duran məsələləri nəzərdən keçiriblər. Həmçinin ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı hazır olmaq niyyəti təsdiqlənib.

Qeyd olunub ki, Paşinyan Ermənistanda həyata keçirilən demokratik islahatlara Fransanın göstərdiyi davamlı dəstəyə görə Makrona təşəkkür edib. O, həmçinin ticari-iqtisadi əlaqələrin genişlənməsinin və Ermənistanın ixrac imkanlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı –Avropa İttifaqı tərəfdaşlığının inkişafı, regional və beynəlxalq gündəlikdə olan məsələlər də atraflı müzakirə olunub.

Tərəflər Ermənistan və arasında sülh prosesinə də toxunaraq Cənubi Qafqazda sabit və davamlı sülhün təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…