Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi məsələləri Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransanın Xarici İşlər Nazirliyi (XİN) yanında Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Haddad arasında keçirilən görüşün əsas müzakirə mövzusu olub.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir.
Görüşdə tərəflər Ermənistan-Fransa ikitərəfli gündəliyindəki məsələlər spektrini, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Nikol Paşinyan və Benjamin Haddad həmçinin Ermənistanın Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələri və İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitinə hazırlıq mövzusuna toxunublar.
Görüşün yekunlarına əsasən, fəal siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.