Parisdə növbəti etiraz aksiyası keçirilib

Parisdə növbəti etiraz aksiyası keçirilib
01.03.2024 16:01
Aa
dəq

Fransada “Kənd koordinasiyası” adlı fermerlərin həmkarlar ittifaqı hökumətin siyasətinə etiraz olaraq aksiya keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyayla əlaqədar paytaxt Parisdə Zəfər tağının yerləşdiyi Şarl de Qol meydanına təxminən 150 fermer toplaşıb.

Fəallar Zəfər tağına gedən yolları bağlasalar da daha sonra hüquq-mühafizə qüvvələri vəziyyətə müdaxilə edib və hadisə yerinə jandarmlar gəlib. 

Həmkarlar ittifaqı rəhbərlərindən biri “qadağan olunmuş toplantı təşkil etdiyinə və nəqliyyatın hərəkətini pozduğuna” görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sözügedən bölgədə nəqliyyatın hərəkəti bərpa edilib.

Fransalı fermerlər gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər. Onlar istehsal prosesində qarşılaşdığı əlavə xərclər Avropanın ekoloji standartları ilə əlaqələndirilir.

Enerji xərclərinin artmasına səbəblərdən biri kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Bundan başqa, ekoloji çirklənmənin qarşısını almaq üçün tələb edilən qaydalar da fermer təsərrüfatı xərclərini artırıb.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu