Operativ Məlumat Mərkəzi

Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək

1 dəq
Paylaş:
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
İEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar...

Fransanın paytaxtı Parisdə mayın 15-də “Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29” formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirdiyini bildirib.

“COP29-un prezidenti Muxtar Babayevlə bu il Bakıda COP29-un uğurlu nəticələrinin təmin edilməsi və IEA-nın milli səviyyədə müəyyən edilən yeni töhfələrə dəstək verməsi barədə müzakirələr aparılıb. Biz mayın 15-də Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoqu keçirməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər