Operativ Məlumat Mərkəzi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda məğlub olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Paris-2024: Həsrət Cəfərov yarımfinalda məğlub olub - YENİLƏNİB
67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib. Qarşılaşma Həsrətin...

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

***

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, idmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.

1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.

Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər