Paralimpiya Oyunlarında iştirak edən idmançı və məşqçilərin mükafatlandırma qaydası dəyişib

Paralimpiya Oyunlarında iştirak edən idmançı və məşqçilərin mükafatlandırma qaydası dəyişib
20.01.2024 12:18
Aa
dəq

Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə keçirilən Dünya çempionatında azı 20 ölkə komandası və hər fərdi proqramda azı 12 ölkənin idmançısı, Avropa çempionatında isə azı 16 ölkə komandası və hər fərdi proqramda azı 10 ölkənin idmançısı iştirak etməlidir.

Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu