Əsas məzmuna keç

Papa XIV Leo Marko Rubio ilə görüş barədə açıqlama verdi

Papa XIV Leo Marko Rubio ilə görüş barədə açıqlama verdi

Pontifik ABŞ dövlət katibi Marko Rubionun Vatikana gəlişini şərh edib. Diplomatik danışıqlar və beynəlxalq münasibətlərdəki əsas hədəflər bəlli oldu. Təfərrüatlar:

en ru

XIV Leo ABŞ Rubionun Vatikana səfərinin konkret “cari siyasi məsələlərlə” əlaqələndirilməsinə ehtiyatla yanaşıb və əsas məqsəd kimi dialoqu önə çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, "Radio-1"in məlumatına görə, jurnalistlərə açıqlamasında səfərin daha çox diplomatik və ümumi xarakter daşıdığını bildirib.

Papa qeyd edib ki, Rubionun səfəri çərçivəsində əvvəlcə onunla görüş, daha sonra isə Vatikan Dövlət Katibliyində danışıqlar nəzərdə tutulur.

“Ümid edirəm ki, qarşılıqlı anlaşma üçün etimad yaradan açıq və yaxşı dialoq olacaq. Düşünmürəm ki, bu səfər yalnız bugünkü konkret məsələlərlə bağlıdır”, – deyə Papa XIV Leo bildirib.

Məlumata görə, Vatikan tərəfi görüşün əsas məqsədinin münasibətlərdə dialoq və anlaşma mühitinin gücləndirilməsi olduğunu vurğulayır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…