Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Panatinaikos” Bissoumanı gündəminə aldı

2 dəq
Paylaş:
“Panatinaikos” Bissoumanı gündəminə aldı

Yunanıstanın “” klubu yarımmüdafiə xəttini gücləndirmək üçün İngiltərənin “” komandasında çıxış edən Yves Bissoumanı siyahısına daxil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Afina təmsilçisi orta sahə üçün bir neçə alternativi dəyərləndirir və malili futbolçu əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

29 yaşlı yarımmüdafiəçi 2022-ci ildən klubunun formasını geyinir. O, vaxtilə “Brayton”dan 29,2 milyon avro qarşılığında transfer edilib. Lakin cari mövsümdə cəmi iki oyunda əsas heyətdə yer alması Bissoumanın “Tottenhem”in gələcək planlarında ön planda olmadığını göstərir.

Mali millisində 46 oyun keçirən və 5 qol vuran futbolçunun klubla müqaviləsi gələn yay başa çatır. Bu isə “Tottenhem”i onu daha aşağı məbləğə satmaq variantını nəzərdən keçirməyə məcbur edə bilər. “Transfermarkt” portalına əsasən, Bissoumanın hazırkı bazar dəyəri 15 milyon avro təşkil edir.

Qeyd olunur ki, futbolçu “”ın da maraq dairəsindədir. Bundan başqa, məlumatlara görə, “Tottenhem” 2025-ci ilin yayında oyunçu üçün 15–25 milyon avro aralığında qiymət müəyyənləşdirib. Hətta 2025-ci ilin iyul ayında “Yuventus”un 20,1 milyon avroluq təklif etdiyi də bildirilir.

Yaxın aylarda Bissoumanın gələcəyi ilə bağlı qərarın veriləcəyi və transfer bazarında rəqabətin daha da qızışacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax