Əsas məzmuna keç

Misli Premyer Liqasında XVIII turun startı verilir

Misli Premyer Liqasında XVIII turun startı verilir

II dövrənin açılışında Sumqayıt, Karvan-Yevlax, İmişli və Qəbələ üz-üzə gəlir. Yevlax və Qəbələdəki duellər turnir cədvəlinə necə təsir edəcək? Hakimlər və heyətlər!

ru en

Premyer Liqasının II dövrəsi çərçivəsində tura bu gün keçiriləcək iki oyunla start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, turun ilk qarşılaşması şəhərində baş tutacaq.

Yevlax şəhər stadionunda yerli “Karvan-Yevlax” komandası “”ı qəbul edəcək. Saat 14:30-da başlayacaq oyuna turnir cədvəlində fərqli mövqelərdə qərarlaşan komandalar çıxacaq. Aktivində 27 xal olan “Sumqayıt” hazırda beşinci pillədə yer alır. Mövsümün çətin dövrünü yaşayan “Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu – 12-ci sırasında qərarlaşıb.

Günün ikinci oyunu Qəbələdə keçiriləcək. Qəbələ şəhər stadionunda ev sahibləri “İmişli” ilə qarşılaşacaq. Saat 17:00-da start götürəcək bu görüşdə də cədvəl baxımından maraqlı mübarizə gözlənilir. “Qəbələ” 11 xalla 11-ci pillədə yer alırsa, 18 xal toplamış “İmişli” doqquzuncu mövqedədir.

Misli Premyer Liqası

II dövrə, XVIII tur

30 yanvar

14:30 – “Karvan-Yevlax” – “Sumqayıt”

: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov

VAR: İnqilab Məmmədov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Stadion: Yevlax şəhər stadionu

17:00 – “Qəbələ” – “İmişli”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Stadion: Qəbələ şəhər stadionu

Qeyd edək ki, Misli Premyer Liqasının XVIII turuna fevralın 1-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…