Operativ Məlumat Mərkəzi

Pakistanın XİN başçısı Azərbaycana təşəkkür edib

1 dəq
Paylaş:
Pakistanın XİN başçısı Azərbaycana təşəkkür edib
nazir “X” səhifəsində, həmçinin, Azərbaycanın hökumət qurumlarına və Astara sərhəd-buraxılış məntəqəsinin əməkdaşlarına da minnətdarlığını çatdırıb. Onun...

Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İrandan təxliyə olunan ölkə vətəndaşlarını qəbul etdiyi üçün Azərbaycana, ölkəmizin Xarici İşlər Nazirliyinə və şəxsən azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir “X” səhifəsində, həmçinin, Azərbaycanın hökumət qurumlarına və Astara sərhəd-buraxılış məntəqəsinin əməkdaşlarına da minnətdarlığını çatdırıb.

Onun sözlərinə görə, bu gün Bakıdan havaya qalxan təyyarənin göyərtəsində 125 ölkə vətəndaşı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər