Ötən gün Pakistanın Pəncab şəhərində hərəkət edən sərnişin avtobusu ilə yanacaq çəlləkləri daşıyan avtomobil toqquşub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər vəfat edib, 15 nəfər isə yaralanıb.
Səhiyyə işçiləri tərəfindən xəstəxanaya çatdırılan yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirlib.
Hadisə ilə bağlı araşdırma aparılır.