Pakistanın Svat bölgəsində polis məntəqəsində baş verən partlayış nəticəsində ən azı 12 polisin öldüyü, 60-dan çox adamın yaralandığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Terrorla Mübarizə Bölməsinin sursat anbarında baş verib.
Partlayışın terror xarakterli olduğu ehtimal edilsə də, buna dair sübutlar tapılmayıb.
Ölənlərin sayının artacağı gözlənilir.