Əsas məzmuna keç

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb

Pakistanın cənub-qərbində baş verən nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" nümayəndəsinə istinadən məlumat yayıb.

"Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi", - məlumatda qeyd edilib.

Bildirilib ki, arasında bir polis əməkdaşı da var, zabitlər də daxil olmaqla 23 nəfər yaralanıb.

Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Pakistanın Baş naziri bəyanatında bu terror aktını pisləyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…