Pakistanda anomal hava şəraiti ilə əlaqədar ölənlərin sayı artmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Goe News" məlumat yayıb.
Qeyd olunub ki, Hayber Paxtunxva əyalətinin Mardan bölgəsində 22 nəfər insan həyatını itirib.
Ölənlərin əksəriyyəti 50 yaşdan yuxarı insanlar olduğu bildirilib.
Son günlər havanın temperaturu 40 dərəcədən çox olub.