Əsas məzmuna keç

Pakistan hərbi helikopteri qəzaya uğradı: Heyət üzvləri həlak oldu

Pakistan hərbi helikopteri qəzaya uğradı: Heyət üzvləri həlak oldu

İslamabadın şimalında baş verən faciəvi aviasiya qəzası nəticəsində yüksək rütbəli hərbçilər dünyasını dəyişib. Hadisənin təfərrüatları və səbəbləri açıqlandı.

en ru

Pakistanda aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” "DAWN"a istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

"Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur", - bəyanatda qeyd olunub.

Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…