Operativ Məlumat Mərkəzi

Pakistan: "Bizim İranla vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur"

1 dəq
Paylaş:
Pakistan: "Bizim İranla vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur"
bu barədə Baluç həftəlik mətbuat konfransında qeyd edib. Pakistanın həmişə dialoq yolunu seçdiyini və sülhün hökm sürməsi üçün qonşuları ilə əlaqələr...

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Baluç ölkəsinin İrandakı “terrorçulara” hava zərbəsi endirməsindən sonra Tehranla vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baluç həftəlik mətbuat konfransında qeyd edib.

Pakistanın həmişə dialoq yolunu seçdiyini və sülhün hökm sürməsi üçün qonşuları ilə əlaqələr qurmağa davam edəcəyini bildirən Bəluç Pakistanın İran xalqını dost və qardaş kimi gördüyünü vurğulayıb.

Baluch qeyd edib ki, onlar dialoq və əməkdaşlığın terrorizm təhlükəsi də daxil olmaqla ümumi çağırışlarla üzləşmək üçün vacib olduğuna inanırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər