Əsas məzmuna keç

Pakistan ABŞ-İran gərginliyində vasitəçilik səylərini artırır

Pakistan ABŞ-İran gərginliyində vasitəçilik səylərini artırır

Feldmarşal Asim Munir və Möhsin Nəqvi Tehrandan sonra Vaşinqtona yollanır. İslamabad görüşlərindən sonra tərəflər arasında münaqişənin həlli mümkün olacaqmı?

en ru

Silahlı Qüvvələrinin komandanı Asim Munirin ABŞ-İran münaqişəsinin üçün səyləri çərçivəsində Tehrana səfərindən sonra ABŞ-yə gedəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, feldmarşal Asim Munir və Pakistanın naziri Möhsin Nəqvi Vaşinqton və Tehran arasında davam edən gərginliyin aradan qaldırılması məqsədilə vasitəçilik missiyasını davam etdirmək üçün hazırda İrandadırlar.

İran dövlət televiziyasının məlumatına görə, cümə axşamı günü İran rəsmiləri Tehranda Pakistan ilə görüş keçirərək İran-ABŞ danışıqlarının gedişatını və Vaşinqtonun irəli sürdüyü təklifləri ətraflı müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran İslamabadda bir neçə raund danışıqlar aparıblar. Hər iki tərəfin açıqlamasına əsasən, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…