Əsas məzmuna keç

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş xakerlərin qurbanı olub

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş xakerlərin qurbanı olub

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş xakerlərin olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə Xidməti tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri həyata keçirir:

"Hazırda 30 min dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır. Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilmişdir ki, onlardan 15 milyon 577 min istifadəçilərə , 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilmişdir. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir”.

A.İsmayılov qeyd edib ki, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da hücumlarının qurbanına çevrilirlər:

"Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatları hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası mütəmadi olaraq Xidmətimiz tərəfindən aparılır. Ötən dövr ərzində onların sayı 7 mindən çox olub".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…