Operativ Məlumat Mərkəzi

Ötən il Azərbaycan üzərindən keçən yüklərin cəmi 75 % artıb

2 dəq
Paylaş:
Ötən il Azərbaycan üzərindən keçən yüklərin cəmi 75 % artıb
bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, təxminən yüklərin 70 %-i dəmir yolu...

Azərbaycan üzərindən 2022-ci il ərzində keçən yüklərin həcmi təxminən 75 % ətrafında artıb və bu yüklərin böyük əksəriyyəti dəmir yolu vasitəsilə aşırılan yüklər olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, təxminən yüklərin 70 %-i dəmir yolu vasitəsilə aşırılıb, qalan hissəsi isə avtomobil nəqliyyatı ilə olub:

"Bu yüklərin aşırılması özü-özlüyündə yalnız tranzitin Azərbaycandan keçməsi anlamına gəlmir. Bu, Azərbaycan iqtisadiyyatında əlavə dəyərin yaradılması, yeni iş yerlərinin açılması, ölkə büdcəsi üçün yeni gəlirlərin, yeni vergi mənbələrinin yaranması anlamına gəlir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər