Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 74 nəfər müraciət edib, onlardan 5-i ölüb

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 74 nəfər müraciət edib, onlardan 5-i ölüb
02.08.2024 09:17
Aa
dəq

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.

Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

NİİM: Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək

NİİM: Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Xızıda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb

Xızıda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib

Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
DAVAMIN OXU davamın oxu

Tanınmış basketbolçu qəzada həlak oldu - FOTO

Tanınmış basketbolçu qəzada həlak oldu - FOTO
DAVAMIN OXU davamın oxu

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü
DAVAMIN OXU davamın oxu