Operativ Məlumat Mərkəzi

Ötən ay 9 aptekdə nöqsan aşkarlanıb

1 dəq
Paylaş:
Ötən ay 9 aptekdə nöqsan aşkarlanıb
bu barədə AEM məlumat yayıb. Qeyd olunub ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir...

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yanvar ayı ərzində 16 aptekdə yoxlama aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.

Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər