Operativ Məlumat Mərkəzi

Ötən ay 28 aptekdə yoxlama aparılıb, ikisində nöqsan aşkarlanıb

1 dəq
Paylaş:
Ötən ay 28 aptekdə yoxlama aparılıb, ikisində nöqsan aşkarlanıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərkəzdən məlumat...

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.

Məlumatda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər