Əsas məzmuna keç

Ötən ay 118 nəfər zəhərlənib, 3-ü ölüb

Ötən ay 118 nəfər zəhərlənib, 3-ü ölüb

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib. Bu barədə KTM məlumat yayıb. Şöbəyə...

İyul ayı ərzində Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Şöbəyə qəbul edilən xəstələrdən 39-u dərmandan, 47-si turşusundan, 4-ü həlledici məhluldan zəhərlənib.

Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər isə göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 qadın, 2 kişi) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #sirkə#kliniki
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…