Rusiya 2023-cü ilin oktyabr ayının sonuna qədər yenidən Çin və Hindistanın ən böyük xam neft tədarükçüsü olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında bildirilib.
Təşkilatın məlumatına görə, Çinin ümumi neft idxalının demək olar ki, 17%-i Rusiyanın payına düşür. Yüklərin 14%-i Səudiyyə Ərəbistanının, 12%-i isə Malayziyanın payına düşüb. Çinin neft idxalı 2023-cü ilin oktyabr ayında gündəlik 11,6 milyon barel təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə ümumilikdə 4% artıb (illik 14% artım).