Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BMT: İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 mini ötdü

2 dəq
Paylaş:
BMT: İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 mini ötdü

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Nyu-Yorkdakı mərkəzi qərargahda Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, İsrail ordusunun xüsusilə Cənubi və Qərbi Bekaa vilayətində əməliyyatları intensivləşdirdiyini bildirib.

Dujarrik qeyd edib ki, son məlumatlara əsasən, 2 mindən çox insan həyatını itirib, 6 min 500-dən çox şəxs isə yaralanıb.

İtkin düşənlərin sayının isə artmaqda davam etdiyi vurğulanıb. O, tərəfləri əməliyyatları dərhal dayandırmağa və BMT Şurasının 1701 saylı qətnaməsinin icrası üçün diplomatik yollardan istifadə etməyə çağırıb.

Rəsmi nümayəndə həmçinin bölgədə baş verən digər insidentlərə də diqqət çəkib.

İsrail hərbçiləri Livanda BMT karvanının hərəkətinə mane olmağa cəhd edib və "UNIFIL" mövqelərinə xəbərdarlıq atəşi açıb.

"UNICEF"in məlumatına görə, ölkə boyu su sistemlərinə ziyan vuran ən azı 18 hadisə qeydə alınıb.

Mülki infrastruktur, o cümlədən su anbarları, nasos stansiyaları və əsas su xətləri ciddi zərər görüb.

Sözçü, humanitar yardımların ehtiyacı olanlara maneəsiz çatdırılması üçün tərəfləri BMT sülhməramlılarına, səhiyyə işçilərinə və mülki şəxslərə hörmət etməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax