Əsas məzmuna keç

ABŞ-nin Hörmüz boğazındakı blokadası başladı: İki tanker geri qayıtdı

ABŞ-nin Hörmüz boğazındakı blokadası başladı: İki tanker geri qayıtdı

ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası qüvvəyə mindikdən sonra Hürmüz boğazına doğru irəliləyən iki tanker istiqamətini dəyişib.

en ru

ABŞ-nin İran limanlarına giriş-çıxış edən bütün nəqliyyatına qarşı tətbiq etdiyi blokada rəsmən başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mərkəzi Komandanlığının ("CENTCOM") yaydığı məlumata görə, sözügedən dəniz blokadası Fars və Ümman körfəzləri daxil olmaqla, İranın bütün limanlarına və sahil bölgələrinə daxil olan və ya oradan ayrılan bütün ölkələrin gəmilərinə qarşı neytral şəkildə tətbiq ediləcək.

Gəmilərin anlıq izlənməsi üzrə ixtisaslaşan "MarineTraffic" şirkətinin məlumatlarına əsasən, qadağa qüvvəyə mindikdən sonra boğazına doğru hərəkət edən iki rotasını dəyişərək geri qayıtmağa məcbur olub.

Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki Şarika lövbər sahəsindən yüklü şəkildə yola düşən, Malavi bayrağı altında üzən 188 metrlik "Rich Starry" neft və kimyəvi məhsul tankeri boğaza yaxınlaşdıqdan dərhal sonra geri dönüb. Gəminin son təyinat nöqtəsi olaraq qeyd edilmişdi.

Botsvana bayrağı altında üzən 175 metrlik "Ostria" adlı ikinci tanker də boğaza yaxınlaşdıqdan sonra oxşar addımı ataraq istiqamətini dəyişib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…