Ombudsmanın vəsatəti ilə əfv edilən məhkumların sayı açıqlanıb

Ombudsmanın vəsatəti ilə əfv edilən məhkumların sayı açıqlanıb
03.03.2023 14:15
Aa
dəq

Fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805 məhkum, 2022-ci ildə isə 31 məhkum əfv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm şəkildə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər edib.

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Ombudsmanın, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2022-ci il 27 may tarixli Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər əfv ediliblər. Sərəncam ümumilikdə 213 nəfərə şamil olunmuş, onlardan 167 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 şəxs cəzadan azad olunmuş, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.

Ölkəmizdə qısa müddətdə ümumilikdə 12 amnistiya aktı qəbul edilib, 68 əfv fərman və sərəncamları imzalanıb, nəticədə minlərlə məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Həftənin ən çox oxunanları

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu