Operativ Məlumat Mərkəzi

Ölən anası ilə günlərlə tək qalan körpə xilas edildi

1 dəq
Paylaş:
Ölən anası ilə günlərlə tək qalan körpə xilas edildi
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, polis çağırışdan sonra körpəni getdikləri evdən xilas edib. Feniks polisi bildirib ki, onlar mayın...

ABŞ-nin Feniks şəhərində bir körpənin günlərlə anasının ölümündən sonra onunla tək qaldığı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, polis çağırışdan sonra körpəni getdikləri evdən xilas edib.

Feniks polisi bildirib ki, onlar mayın 14-də ölən qadının qonşusundan çağırış alıblar . Qadın bu yaxınlarda doğum edən qonşusundan günlərdir xəbər almadığını deyib.

Daha sonra polis qadının yaşadığı mənzilə gedib. Mənzilə daxil olan polis əməkdaşları çarpayıda yatan körpəni xilas ediblər. Onu müalicə üçün xəstəxanaya aparıblar.

Hazırda Ekspertiza Bürosu ananın ölüm səbəbini araşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər