Operativ Məlumat Mərkəzi

Olaf Şolts: Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına inanırıq

1 dəq
Paylaş:
Olaf Şolts: Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına inanırıq
bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib....

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləyməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addıma təşviq edirəm", - o qeyd edib.

Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər