Əsas məzmuna keç

Oktyabrın ilk yarısında ölkədə hava 30 dərəcəyədək isinib

Oktyabrın ilk yarısında ölkədə hava 30 dərəcəyədək isinib

Sinoptiklər payız mövsümündə anomal istilərin davam edəcəyini proqnozlaşdırır. Temperatur göstəricilərinin yüksəlməsi ilə bağlı detallar yazımızda.

en ru

Oktyabr ayında keçid dövrünə xas müşahidə edilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu yüksəlir.

Bu ilin oktyabr ayının ötən günlərində Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı, 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb.

13 gün ərzində havanın orta aylıq temperaturunun normadan fərqi 2,9 dərəcə təşkil edib. 2012-ci ildə isə bu göstərici 3,1 dərəcə olub.

Çoxillik meteoroloji müşahidə məlumatlarının təhlilinə əsasən, ən isti hava 2012-ci il oktyabrın 9-da qeydə alınıb. Həmin gün Bakıda havanın temperaturu 32,7 dərəcə isti olub.

Həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləkləri üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturunun Bakıda və yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir.

Hava proqnozu

25° Bakıda indiGünəşli
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 26° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…