Əsas məzmuna keç

İstanbul-Bakı reysində külli miqdarda dərman aşkarlandı

İstanbul-Bakı reysində külli miqdarda dərman aşkarlandı

Türkiyədən Azərbaycana qayıdan şəxsin baqajında gömrükçülər tərəfindən saxlanılan preparatların siyahısı açıqlanıb. Qaçaqmalçılıq faktı ilə bağlı nə məlumdur?

en ru

Dövlət Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən "Qırmızı kanal"a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda - 36 adda 16 036 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…