Okan Buruk: "Qələbə qazandığımız üçün xoşbəxtik, lakin..."

Okan Buruk: "Qələbə qazandığımız üçün xoşbəxtik, lakin..."
26.03.2023 22:16
Aa
dəq

“Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Qarabağ"la keçirilən yoldaşlıq oyunundan sonra (2:1) mətbuat konfransında iştirak edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, İstanbul təmsilçisinin çalışdırıcısı jurnalistlərə açıqlamasında aşağıdakı fikirləri səsləndirib:

"Buraya gəldiyimiz üçün, azərbaycanlı qardaşlarımızla birlikdə olduğumuz üçün xoşbəxtik. Sanki öz evimizdə idik. Bu matçın əsas məqsədi Türkiyədə baş verən zəlzələyə dəstək idi. Öncəliklə hər kəsə təşəkkür edirəm. “Qarabağ”a minnətdaram. Çox gözəl futbol gecəsi yaşadıq. Təbii ki, matçın əvvəlindən sonuna qədər rəqib oyuna daha hazır idi. Müxtəlif anlarda diqqətimizi daha da artırdıq. Qələbə qazandığımız üçün xoşbəxtik, lakin sizlərlə birlikdə olduğumuz üçün daha çox xoşbəxtik.

Bu gün başlanğıc oldu. Bundan sonra belə oyunlar davamlı olacaq. Bəzi çətinliklər bizi geri çəkmir. Bu gün oyuna çıxarkən nə nəticə haqda düşündük, nə də başqa şey. Dediyim kimi, “Qarabağ” Türkiyəyə gələcək, biz isə yenidən buraya gələcəyik. Azərbaycanda olan futbol mühiti çox yaxşıdır.

“Qarabağ” çox yaxşı komandadır. Bu gün olan oyunda özünü ön plana çıxaran çox oyunçu gördüm. Onların çox yaxşı baş məşqçiləri var. Digər komandalardan gələn futbolçular da var idi. Rəqibimiz çox yaxşı oynadı. Sanki onlar avrokubok matçında oynayırdılar”.

Xatırladaq ki, bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.​​​​​​

Rövşən Əlisoy 

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu