Ukrayna dronlarının hücumu nəticəsində Krasnodar diyarının Temryuk rayonunda yerləşən Volna kəndində neft çəni yanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə regional təcili yardım qrupu teleqram platformasında məlumat yayıb.
“Yanğın 1250 kvadratmetr ərazini əhatə edir”, – deyə açıqlamada bildirilib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə 67 nəfər təcili yardım xidmətinin əməkdaşı cəlb olunub, yanğının söndürülməsi üçün 19 ədəd xüsusi texnika səfərbər edilib.