Əsas məzmuna keç

Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanılıb

Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində...

Rayon Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…