Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NYT: Tramp İrana qarşı hərbi hücum variantlarını nəzərdən keçirir

2 dəq
Paylaş:
NYT: Tramp İrana qarşı hərbi hücum variantlarını nəzərdən keçirir

Omanın vasitəçiliyi ilə Cenevrədə keçirilməsi planlaşdırılan nüvə danışıqlarının üçüncü raundu ərəfəsində Donald administrasiyası variantları ciddi şəkildə müzakirə edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, diplomatik cəhdlər nəticə verməyəcəyi təqdirdə, rəsmi Vaşinqton Tehranın nüvə silahı istehsalı potensialını məhv etmək üçün "hədəfli hücum" seçiminə daha yaxındır.

Məlumata görə, mümkün müdaxilə zamanı bu hədəflərin vurulması nəzərdə tutulur:

  • "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) qərargahları;
  • Nüvə obyektləri;
  • Ballistik raket infrastrukturu.

Xəbərdə qeyd olunur ki, əgər bu İran rəhbərliyini geri addımatmağa məcbur etməsə, Tramp mövcud hakimiyyəti devirməyi hədəfləyən "daha genişmiqyaslı " ehtimalını da müşavirləri ilə bölüşüb.

Lakin administrasiya daxilində bu hədəfə yalnız hava hücumları ilə nail olmağın mümkünlüyü barədə müəyyən şübhələr var.

Digər tərəfdən, hərbi gərginliyin qarşısını almaq üçün alternativ təkliflər də müzakirə olunur.

Bu təkliflərdən biri İranın yalnız tibbi tədqiqat və müalicə məqsədləri üçün çox məhdud səviyyədə uran zənginləşdirməsinə icazə verilməsidir. Tərəflərin bu kompromisə razı olub-olmayacağı hələlik qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi fevralın 26-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Əvvəlki görüşlərdə əsasən uranın zənginləşdirilmə faizi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi müzakirə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax