Əsas məzmuna keç

Ağ Ev: ABŞ El Menço əməliyyatında Meksikaya kəşfiyyat dəstəyi verib

Ağ Ev: ABŞ El Menço əməliyyatında Meksikaya kəşfiyyat dəstəyi verib

ABŞ Meksika təhlükəsizlik qüvvələrinin keçirdiyi və "CJNG" kartelinin rəhbəri "El Mencho"nun ölümü ilə nəticələnən əməliyyata kəşfiyyat dəstəyi verib.

en ru

ABŞ tərəfi "CJNG" (Jalisco Yeni Nəsil Karteli) qruplaşmasının rəhbəri və tanınmış El Mençonun zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatda Meksika hökumətinə yaxından dəstəyi göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Karolin Livitt "X" platformasında məlumat verib.

Livitt qeyd edib ki, El Menço hər iki ölkə üçün "yüksək səviyyəli hədəf" hesab olunurdu. Buna səbəb onun fentanil qaçaqmalçılığında açar rol oynamasıdır.

Açıqlamada həmçinin ABŞ Prezidenti Donald Trampın daha əvvəl "CJNG" qruplaşmasını xarici terror təşkilatı kimi tanıdığı xatırladılıb.

Əməliyyat Xalisko ştatının Qvadalaxara şəhərindən 130 kilometr cənubda Tapalpa qəsəbəsində baş tutub.

Silahlı qarşıdurma zamanı kartel rəhbəri El Menço öldürülüb.

Əməliyyatdan sonra cinayətkar qruplaşma üzvləri tərəfindən bir çox ştatda yollar bağlanıb, vasitələri və iş yerləri yandırılıb.

Hazırda Meksikanın bir neçə bölgəsində zorakılıq halları artmaqda davam edir. Xalisko ştatı hökuməti əhalini evdə qalmağa çağırıb, ictimai nəqliyyatın hərəkətini dayandırıb və təhlükəsizlik səbəbindən "qırmızı alarm" rejimi elan edib.

Qeyd edək ki, Vaşinqton administrasiyası El Mençonun tutulmasına kömək edəcək məlumat üçün 15 milyon dollar mükafat təyin etmişdi. O, Meksikada "terror səltənəti" qurmaqda və minlərlə insanın həyatını məhv edən narkotik ticarətinə rəhbərlik etməkdə ittiham olunurdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…