Əsas məzmuna keç

Nikki Haley: Putin İran-ABŞ müharibəsini uzatmaq istəyir

Nikki Haley: Putin İran-ABŞ müharibəsini uzatmaq istəyir

Nikki Haley Kreml rəhbərinin Tehranla gizli kəşfiyyat sövdələşməsini ifşa etdi. İsrailə qarşı raket və dron hücumlarının pərdəarxası: Rusiya nəyi hədəfləyir?

ru en

ABŞ-nin BMT-dəki keçmiş səfiri Haley Rusiyanın ABŞ, İsrail və İran arasındakı müharibənin uzanmasını istədiyini iddia edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə hesabında paylaşım edib.

Heylinin sözlərinə görə, Vladimir guya İranla məlumatlarını paylaşır və Tehran bu məlumatlardan ABŞ radar sistemlərinə hücum etmək üçün istifadə edir.

O hesab edir ki, bu addımlarla münaqişənin daha da uzanmasına çalışır.

“Putin bu müharibəni uzatmaq istəyir, çünki o, diqqəti yayınmış Amerikanın zəif olduğuna inanır. Buna görə də İranın raketlərinin, dronlarının, nüvə proqramının və proksi şəbəkəsinin məhv edilməsi çox vacibdir. Bu, təkcə İran üçün deyil, həm də Rusiya üçün ölümcüldür”, – deyə o bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…